Boyalı azarkeş türk millisi üçün ABŞ-dədir: Öz stilini yaratmaq 2 saat çəkir

Türk milli komandasını dəstəkləmək üçün ABŞ-də olan Necdet Ölçerman fərqli görünüşü ilə dünyanın diqqətini çəkib.

Sherg.az xəbər verir ki, özünü “Udi Neco” adlandıran türk azarkeş üzünü qara, saqqal və saçlarını isə ağ rəngə boyayır. Gözlərinə ağ kontakt linzalar taxan azarkeş tribunada qara-ağ görünüşü ilə seçilir.

2026 FIFA Dünya Kubokunda Türkiyə milli komandasını dəstəkləmək üçün ABŞ-yə gedən Ölçerman, burada da öz xüsusi imicini davam etdirib və böyük maraq doğurub.

O, ilk dəfə 9 il əvvəl UEFA Avropa Liqasında Beşiktaşı dəstəkləyərkən bu üslubu yaradıb və o vaxtdan etibarən bu obrazı davam etdirir.

Ölçerman bildirib ki, bu görünüşü hazırlamaq təxminən 2 saat vaxt aparır: “Əvvəlcə boyanı əlimə alıram, saqqalımı boyayıram, sonra quruduram. Ağ spreyi hər yerə vururam, yenidən quruduram. Daha sonra qat-qat qara-ağ boyanı üzümə, hətta qulağıma və burnuma qədər tətbiq edirəm.”

Əlində Türkiyə bayrağı ilə stadionlara gedən azarkeş milli komandanın digər oyunlarını da izləyəcəyini bildirib və dünya mətbuatının diqqətini çəkməyə davam edir.