Kiyevin “Dinamo” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu üçün Bakıya gəlib.
Teleqraf xəbər verir ki, Ukrayna təmsilçisinin heyəti çərşənbə axşamı axşam saatlarında Azərbaycana çatıb.
Qeyd edək ki, "Dinamo" - "Qarabağ" görüşü ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.