Dünya çempionatı: Almaniya millisi Kot-d’İvuar yığmasını məğlub edib

Futbol üzrə dünya çempionatında Almaniya-Kot-d’İvuar oyunu baş tutub.

AZƏRTAC xəbər verir ki, E qrupunun II turunun matçı Toronto stadionunda keçirilib.

Oyun Almaniyanın qələbəsi ilə başa çatıb - 2:1.

Qarşılaşmanı paraqvaylı FIFA referisi Juan Benites idarə edib.

Bu oyundan sonra Almaniya E qrupunda birinci, Kot-d’İvuar ikinci, Ekvador üçüncü, Kurasao isə dördüncü pillədədir.