Fransız futbolçu boğularaq öldü

Fransanın “Sent-Etyen” klubunun futbolçusu Kenzo Kies vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Lionda qadağan olunmuş ərazidə üzən 21 yaşlı futbolçu boğularaq həyatını itirib.

“Sent-Etyen” klubu fransız futbolçunun vəfatı ilə bağlı başsağlığı mesajı yayıb.