Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu Paraqvaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra məyusluğunu gizlətməyib.
Sherg.az xəbər verir ki, 2026-cı il dünya çempionatının qrup mərhələsində mübarizəni dayandıran Türkiyə millisinin təcrübəli yarımmüdafiəçisi bildirib ki, komanda əlindən gələni etsə də, istədiyi nəticəni qazana bilməyib:
“Hazırda söz tapmaq çətindir. Bura qədər özümüz gəldik. Son iki oyunda hər şeyi sınadıq. Zərbə vururuq, alınmır, cəhd edirik, yenə olmur. Təəssüf ki, rəqib ilk zərbəsində qol vurdu”.
Çalhanoğlu komandanın və azarkeşlərin böyük üzüntü yaşadığını vurğulayıb:
“Hər kəs məyus oldu, sarsıldı. Biz gənc komandayıq, qarşıda hələ çox turnirlər var. Amma bəlkə də bu, mənim üçün son dünya çempionatı idi. Çox çalışdıq, amma alınmadı. Bu, hamımız üçün böyük təcrübə oldu”.
Təcrübəli futbolçu əlavə edib ki, belə məğlubiyyəti qəbul etmək çox çətindir və komanda nəticədən dərin məyusluq hissi keçirir.