- Xarici media Türkiyənin iki oyunda iki məğlubiyyət, sıfır qol və sıfır xalla qrup sonuncusu olmasını “fəlakətli mənzərə” kimi qiymətləndirib
Türkiyə milli futbol komandası 2026-cı il Dünya Çempionatının qrup mərhələsində Paraqvaya 0:1 hesabı ilə məğlub olaraq turnirlə erkən vidalaşıb. Nəticə Avropa mətbuatında geniş rezonans doğurub.
Fransanın L'Équipe nəşri Türkiyənin say üstünlüyünə baxmayaraq məğlub olmasını “böyük məyusluq” adlandırıb. İspaniyanın Marca qəzeti isə Arda Gülər və Kənan Yıldız kimi ulduzların komandanı xilas edə bilmədiyini yazıb.
Britaniyanın BBC nəşri Türkiyənin topa nəzarətdə üstün olmasına və çoxsaylı hücumlar qurmasına baxmayaraq qol vura bilmədiyini vurğulayaraq, “dominant oyun nəticə vermədi” şərhini verib.
Almaniyanın Bild qəzeti isə Türkiyənin iki oyunda iki məğlubiyyət, sıfır qol və sıfır xalla qrup sonuncusu olmasını “fəlakətli mənzərə” kimi qiymətləndirib.
İtaliya mətbuatı da baş məşqçi Vincenzo Montella və komandasının Dünya Çempionatında böyük məyusluq yaşadığını qeyd edib. Paraqvay qarşısında alınan məğlubiyyət Türkiyənin pley-off mərhələsinə yüksəlmək şansını tamamilə aradan qaldırıb.