İspaniya millisi FIFA reytinqində birinci yerə yüksələcək

İspaniya millisi 2026-cı il dünya çempionatında qazandığı qələbə sayəsində FIFA reytinqində birinci pilləyə yüksələcək.

"Report" xəbər verir ki, dünya çempionu olduqdan sonra İspaniya millisinin aktivində 1 995 xal olacaq.

Komanda mundial başlamazdan əvvəl reytinq cədvəlinə başçılıq edən Argentina yığmasını (1 970 xal) geridə qoyacaq. İlk üçlüyü isə dünya çempionatını dördüncü pillədə başa vuran Fransa millisi (1 948 xal) tamamlayacaq.

Xatırladaq ki, İspaniya millisi dünya çempionatının finalında Argentina yığmasını əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.