Mbappe ikinci dəfə "La Liqa"nın ən yaxşı bombardiri seçilib

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe 2025/26 mövsümündə İspaniya La Liqasının ən yaxşı bombardiri seçilib.

"Report" xəbər verir ki, hücumçu 38-ci turda "Atletik Bilbao"ya qarşı ev matçında (4-2) qol vurub.

Nəticədə o, 31 oyunda 25 dəfə qapıya yol tapıb.

"Malyorka"nın hücumçusu Vedat Muriqi isə 23 qolla ikinci yeri tutub.

Mbappe ardıcıl ikinci dəfə İspaniya çempionatında ən çox qol vuran oyunçu adını qazanıb. Sonuncu belə oyunçu 2016/17 mövsümündən başlayaraq beş il ərzində klubun bombardirlər siyahısına başçılıq edən keçmiş "Barselona"nın argentinalı hücumçusu Lionel Messi olub.

Mbappe ötən mövsüm "Real Madrid"də debüt etmişdi və 31 oyunda 34 qol vurmuşdu.