“Lego” və FİFA-nın birgə hazırladığı reklam çarxında iştirak edən futbolçuların qonorarları açıqlanıb.
QOL.az xəbər verir ki, insayderlərin yaydığı məlumatlara görə, "Everyone Wants a Piece" adlı layihədə çəkilən dörd ulduz arasında ən yüksək qonorar Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldoya ödənilib. "Əl-Nəsr"in hücumçusu bu çarx üçün 8 milyon avro qazanacaq. Lionel Messi və Kilian Mbappe hərəyə 5 milyon avro, Vinisius Junior isə 4 milyon avro qazanacaq.
DÇ-2026 ərəfəsində təqdim olunan “Lego Editions” kolleksiyasında Lionel Messiyə həsr edilən “Celebrations” dəsti xüsusi diqqət çəkir. 1427 parçadan ibarət model futbolçunun məşhur qol sevinci anını əks etdirir. Məhsulların 2026-cı il mayın 1-dən satışa çıxarılması planlaşdırılır.
Qeyd edək ki, “Lego” qrupu bu rəqəmləri hələ rəsmi təsdiqləməyib, lakin belə kampaniyalarda ulduzların yüksək qonorar əldə etməsi adi hal sayılır.