"Real Madrid" təyinatdan sonra baş məşqçi Joze Mourinyoya ildə altı milyon avro ödəyəcək. Bu məbləğ "kral klubu"nun sabiq baş məşqçisi Xabi Alonsonun maaşına yaxındır.
Oxu.Az xəbər verir ki, bu barədə Sport.es portalı jurnalist Ramon Alvares de Monaya istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, hazırda portuqaliyalı mütəxəssisin neçə mövsümlük müqavilə imzalayacağı məlum deyil.
Həmçinin portal "Real"ın Mourinyonun hazırkı klubu "Benfika"ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün yeddi milyon avro ödəyəcəyi barədə məlumatları təsdiqləyib.