"Sabah"ı yaxşı oyuna və qalibiyyətə görə təbrik edirəm. Bu, çox yaxşı nailiyyət və uğurdur".
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”su ilə evdə keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdıqlarını söyləyib:
"Çalışırıq ki, yaxşı oyun və nəticə əldə edək. İnanıram ki, futbolçularım bunu bacaracaq. Qarşımızda çox yaxşı müdafiə oyunu göstərən komanda var. İlk oyunda hücum xəttində rotasiyalar var. Cəbrayıl hücum xəttində oynayırdı. Hər bir halda rəqib səhv etməyə şərait yaradır. Adətən oyun tempi aşağı olanda bu cür səhvlərə yol verilir. Bu səhvləri aradan qaldırmalıyıq. Yaxşı nəticə əldə etmək üçün bunun qarşısını almalıyıq. Yeni transferlər bir-birini hələ ki tamamlaya bilmir".
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" (Kiev) matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.