“Trabzonspor”un yeni baş məşqçisinin Tomas Rays olacağı gözlənilir.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, klub rəhbərliyi 52 yaşlı mütəxəssislə razılığa gəlib. Hazırda “Ludoqorets”ə rəhbərlik edən Rays daha əvvəl “Bohum”, “Şalke” və “Samsunspor”da çalışıb.
Bildirilir ki, Rays “Trabzonspor”da sentyabrın sonunda istefaya göndərilən Fatih Tekkeni əvəzləyəcək. Onun “Ludoqorets”lə müqaviləsi 2027-ci ilə qədərdir və transfer üçün təzminat ödənilməsi gözlənilir.
Qeyd edək ki, Raysın rəhbərliyi altında “Ludoqorets” cari mövsümdə 9 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib.