Türkiyədə 17 hakim və klub prezidenti saxlanıldı
10:17 07.11.2025
Futbol
295
Türkiyədə mərc oyunlarına görə aralarında 17 hakim və Super Liqa klubunun prezidentİ "Eyüpspor"un prezidenti Murat Özkayanın da olduğu 21 şübhəlidən 18-i saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu rəsmi məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər barəsində həbs qərarı verilib. Ümumilikdə 21 nəfərin İstanbul da daxil olmaqla 12 müxtəlif şəhərdəki ünvanlarında axtarış, müsadirə və saxlanılma tədbirləri həyata keçirilib.
Açıqlamada qeyd olunub ki, İstanbul Baş Prokurorluğunun apardığı cinayət təhqiqatı ilə Türkiyə Futbol Federasiyasının (TFF) həyata keçirdiyi inzibati istintaq arasında fərq var. Yəni TFF-nin intizam qaydalarına əsasən cəza verdiyi şəxslərlə bağlı hüquqi qiymətləndirmə fərqli ola bilər. Həmçinin TFF tərəfindən heç bir tədbir görülməyən şəxslər haqqında da ayrıca cinayət istintaqı aparıla bilər.
Xatırladaq ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu oktyabrın 27-də verdiyi açıqlamada “371 hakimin mərc hesabı mövcuddur, onlardan 152-si aktiv şəkildə mərc oyunlarında iştirak edir” demişdi. Bu açıqlamadan sonra məsələ ilə bağlı rəsmi istintaqa başlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi