Erməni girovluğundan azad olunan Azərbaycan vətəndaşı Elvin İbrahimov Qazax Müalicə-Diaqnostika Mərkəzindən evə buraxılıb.
Oxu.Az-ın məlumatına görə, dünən evə buraxılan E.İbrahimovun vəziyyəti hazırda yaxşıdır.
Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçmişdi.
İyunun 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə keçirilən girovların dəyişdirilməsi əməliyyatında E.İbrahimov geri qaytarılıb.