SON DƏQİQƏ: Zəlzələyə görə İstanbulda bəzi məktəblərdə tətil elan edildi



İstanbul valiliyi  detallı texniki araşdırma aparılmasını nəzərdə tutan 9 qəsəbədə, 14 məktəbdə bu gün dərslərə ara verildiyini bildirib. İstanbul valiliyi, 14 məktəb xaricində 7 min 46 məktəbdə dərslərə ara verilməsini tələb edən hər hansı bir çağırışa rast gəlinmədiyini qeyd edib.

Valilikdən yayılan məlumata görə , Mərmərə dənizi, Silivridə dünən baş verən zəlzələdən sonra  bu əhatədə, texniki qrupların xəstəxana, məktəb və cəmiyyət binaları prioritet olmaqla, ziyan görən məskən və iş yerlərində "ön təsbit" araşdırmalarına başladığı vurğulanıb.

Cəmi 464 binanın zərər görüldüyü bildirilən xəbərdə bunlar qeyd edilir:

"Bu strukturlar 135 ayrı Ön Təsbit Araşdırma qrupu tərəfindən ən qısa müddətdə nəzarətə alınacaq və əlaqədar təşkilatlar məlumatlandırılacaq. Dünən gecə saatlarında ictimai media və müxtəlif ictimai şəbəkələrdə zəlzələ ilə bağlı əsassız məlumat və səs qeydləri paylaşanlar haqqında, ədli və administrativ tədbirlərə başlanıb. AFAD Təcili Vəziyyət Rəhbərliyi Mərkəz iəlavə tədbir və qərarların təyin olunması üçün 24 saat  ərzində vəzifə yerinə yetirəcək.

Şərhdə bildirilir ki, zəlzələdən sonra xəstəxanalara çatdırılan 34 nəfərdən 20-nin müalicə aldığı 14 nəfərin müalicələrinin isə müxtəlif xəstəxanalarda davam etdirildiyi qeyd edilib.

Valiliyin şərhində, ziyan dəyən 55 məktəbin hamısının nəzarətdə saxlandığı, detallı texniki araşdırma aparmaq üçün 14 məktəbdə bu gün dərslərə ara verildiyi ifadə edilib.

Turan