Dünən Türkiyənin Silivri şəhərində 3,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı yerin 7,78 km dərinliyində yerləşib. Dağıntılar və xəsarət alanlar olmayıb.
Silivridən sonra İstanbulda saat 14:00-da 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağı yerin 12 km dərinliyində yerləşib. Zəlzələ nəticəsində İstanbulda bütün mobil operatorlar çöküb.
Maraqlıdır, Azərbaycan seysmoloji vəziyyət necədir? Gərginlik varmı?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Sherg.az-a açıqlamasında Türkiyədə zəlzələnin Azərbaycana hər hansı təsirini istisna edib:
“Azərbaycanda seysmoloji vəziyyət normaldır. Türkiyədəki zəlzələnin Azərbaycana təsiri ola bilməz. Özüm də zəlzələ ilə bağlı Türkiyədəyəm. İki gün əvvəl də Mərmərədə təkan baş vermişdi. İndi də 5.9 bal gücündə təkan bütün İstanbulu silkələyib. Amma inanmıram ki, güclü dağıntılar olsun”.