Marqvelaşvili İvanişviliyə səsləndi: "Gələcəyiniz yoxdur"

Gürcüstanın keçmiş prezidenti Georgi Marqvelaşvili müxalif qüvvələrin mitinqinə dəstək verib.

Axar.az xəbər verir ki, Marqvelaşvilinin sözlərinə görə, etiraz aksiyaları hökumətin tələbləri yerinə yetirənə qədər davam etməli və 2020-ci il parlament seçkisi proporsional sistemdə keçirilməlidir.

Marqvelaşvili hökumətin müxalifət qarşısında güzəştə getməməsini də sərt tənqid edib. Eks-prezident xalqa müqavimət göstərən siyasi qüvvənin gələcəyinin olmadığını söyləyib.