Prezidentin tapşırığı ilə Baş nazir sürüşmə zonasına baxış keçirib

Prezident İlham Əlivevin tapşırığı ilə Baş nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasında baxış keçiriblər. 

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat yayıb.

“Artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib. Təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib.

Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı barədə qərar qəbul ediləcək”, - deyə İ.Məmmədova qeyd edib.

Qeyd edək ki, noyabrın 24-də Bibiheybət məscidi yaxınlığında sürüşmə baş verib.