İstanbulda zəlzələ: Bütün qurumlar...

Türkiyənin Mərmərə bölgəsində 4.8 bal gücündə zəlzələ baş verib. Bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.

Yeraltı təkanlar İstanbulun mərkəzi hissəsində və ətraf bölgələrdə hiss edilib. Məlumata əsasən, yeraltı təkan yerli vaxtla 16.37-də qeydə alınıb.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu zəlzələ ilə bağlı açıqlama verib.

O qeyd edib ki, ocağı Mərmərə dənizinin 7.09 kilometr dərinliyində olan yeraltı təkanlar İstanbulla yanaşı, ətraf rayonlarda da hiss edilib.

O, zəlzələnin baş verdiyi andan indiyədək dağıntı və tələfat barədə heç bir məlumatın daxil olmadığını qeyd edib.

Ə.İmamoğlu baş vermiş təbiət hadisəsindən sonra bütün aidiyyətı qurumların gücləndirilmiş iş rejiminə keçdiyini bildirib.