“Paşinyan məcbur qalıb, girovlar məsələsində güzəştə gedə bilər” - AÇIQLAMA

“Münhendə Prezident İlham Əliyev bir neçə məsələyə diqqət çəkib. Həmin məsələlərdən biri də girovların qaytarılması ilə əlaqədardır. Çünki  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən sonra beynəlxalq humanitar hüququn  prinsipləri pozulub”.

Bu barədə “Sherg.az”a beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib. O qeyd edib ki, bütövlükdə müharibə dövründə  yüzlərlə Azərbaycan vətəndaşı girov götürülüb: 

“Düşmən tərəfindən ələ keçirilən mülki vətəndşalar girov, hərbiçilər isə əsir adlanır. Emrəni tərəfi girovlarla bağlı məsələlərdə uzun müdətdir, dəqiq məlumat vermir və beynəxalq təşkilatları aldadır. Şahbaz və Dilqəmin Kəlbəcərdə girov götürülməsi ilə əlaqədar Minsk qrupu, eləcə də Beynəxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə yalan məlumatlar verirlər. Uzun müddətdir,  öhdəlikərini yerinə yetirmirlər. Onları qondarma rejimin ərazisində qondarma məhkəmlərə çəkirlər. Guya sübuta yetirilmiş şəkildə onları cəzlandırırlar. Ölkə rəhbərləri çıxışında “Hamının hamıya prinsipi” ilə girovların dəyişdirilməsi məsələsini qaldırdı”.



Ə.Əlibəyli onu da əlavə edib ki, bu görüşün əsas təşəbbüskarı ABŞ-dır:
 
Vaşinqton hesab edir ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağla bağlı razılaşmalıdır. Sülh olmalıdır, münaqişə həllini tapmadır. Ona görə ki, Dağlıq Qarabağda münaqişə davam etdikdə Rusiyanın Azərbaycan və Ermənistana qarşı təzyiqi artır. Dağlıq Qarabağda Rusiyanın mövcudluğu davam edir. ABŞ məsələni aradan  qaldırmaq üçün təşəbbüsü ələ keçirib. Tərəfləri ortaq məxrəcə gəlmək üçün təşəbbüs göstərir. Onu da əlavə edim ki, nə qədər diletant və destruktiv olsa da, Paşinyan məcbur qalıb, girovlar məsələsində güzəştə gedə bilər. Bu yaxşı başlanğıc ola bilər. Hesab edirəm ki, ABŞ, Azərbaycan və beynəlxalq hüququn prinsipləri üst-üstə düşür. Buradca söhbət dövlətlərin ərazi bütövlüyünün qorunmasından gedir. Bu, çoxşaxəli məsələdir. Böyü ehtimalla girovların qaytarılması baş tuta bilər”.