Fransada ilk dəfə olaraq koronavirusdan ölüm faktı qeydə alınıb.
“Sherg.az” “lefigaro.fr”ə istinadən xəbər verir ki, həmin şəxsin 60 yaşı olub.
Bu barədə Fransa Səhiyyə Nazirliyinin baş direktoru Jerom Salomon məlumat verib. O qeyd edib ki, bu, Fransada koronavirusdan baş verən ikinci haldır. Birinci şəxs çinli turist, ikinci isə bu 60 yaşlı kişi olub:
“Həmin şəxs ciddi vəziyyətdə Pite Salpetreir xəstəxanasına yerləşdirilib. Dünən ciddi şəkildə müayinə olunub. Ancaq gecə yarısı dünyasını dəyişib. Bundan başqa, ümumilikdə Çində 17 nəfər koronavirusa yoluxub. Dünən 55 və 36 yaşlı fransız vətəndaşı Strasburq xəstəxanasına yerləşdiriliblər”.