Ərdoğan Rusiyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın beşində Rusiya Federasiyasına səfər etməyi planlaşdırır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Türkiyənin Prezident Administrasiyası açıqlama yayıb.

Açıqlamada bildirilir ki, prezident martın beşində Rusiyaya bir günlük səfər edəcək.