İlham Əliyev Şəmkir rayonuna gedib - YENİLƏNİB


Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib.

APA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib.

Dövlətimizin başçısı kompleksin işə salınmasını bildirən düyməni basıb.

Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

***

17:45

Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

APA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

17:42

Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfərə gəlib.

APA xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.