Dünyada koronavirusdan xəstələnənlərin sayı 109 min nəfəri keçib

LDünyada yeni koronavirus ilə yoluxma hallarının ümumi sayı 109 mindən çox təşkil edir, 3800 nəfərdən çox insan həlak olub.

"Sherg.az"Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Təşkilatın martın 9-u üçün olan məlumatına görə, ümumilikdə dünyanın 104 ölkəsində 109,343 yeni koronavirus hadisəsi təsdiqlənib, 3 min 809 nəfər ölüb.

Çində 80 904, Cənubi Koreyada 7382, İtaliyada 7375, İranda 6566, Fransada 1116 nəfər koronavirusdan xəstələnib.