Son dəqiqə... ABŞ-da hamı silahlanır: Növbələrin ucu- bucağı yoxdur -KORONAVİRUS...


Son dəqiqə xəbərlərə görə, ABŞ-da Nyu-York, Kaliforniya, Oklahoma, Vaşinqton kimi əyalətlərdə silah və sursat satışları "partladır", ağ dərili amerikalılarla bərabər Asiya mənşəlilər də silahlanır. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın oğulu paylaşdığı Twitter mesajıyla silah satış sahələrinə dəstək verib.



ABŞ-da koronavirus hadisələrinin sayının sürətlə artması, bəzi amerikalıları silah və sursat almağa yönəldib. "Los Angeles Times" qəzetinin (LA Times) xəbərinə görə, Kaliforniya, Vaşinqton və Nyu- York başda olmaqla  virusdan xüsusilə ən çox təsirlənən əyalət və bölgələrdə silah və sursat satışlarında sürətli bir artım görünür.

"LA Times" silah satışlarındakı artımın epidemiyanın hələ görünmədiyi bölgələrdə belə başladığını yazaraq, epidemiya üzündən cəmiyyət nizam- intizamın pozulacağından, hökumətin silah satışlarına məhdudiyyət qoyacağından narahatlıq keçirərək amerikalıların ölkə boyu silahlanmaya başladığını yazır.



Xəbər Oklahomada bir silah dükanından təəssüratlarla başlayır: "David Stone 223 kalibirli güllə qutusunu rəfdən çəkib, şüşə dəzgaha atdı və "Oklahomanın ən zəngin müxtəlif sursat dükanına xoş gəldiniz" satış cümləsiylə sözə giriş verir.
"Amma bu ünvanın uzun müddət özünü qoruya biləcəyimdən şübhəliyəm"' deyərək son bir neçə gün içində artan tələblə birlikdə sursat anbarlarının böyük bir sürətlə boşaldığını izah edir.



"LA Times"ın müxbiri daha sonra Kaliforniyadakı silah dükanının qarşısında yaranan növbədən yazır. Aşağı yuxarı bütün silah dükanlarında vəziyyət belədir.

Növbədəki 39 yaşlı John Gore "Siyasətçilər və silahlanma əleyhdarları uzun zamandır silaha ehtiyacımız olmadığını söyləyib, dayanırdı. Lakin hazırda insanlar həqiqətən qorxur və öz qərarlarını özləri verə bilərlər" deyir.

Sursatı ABŞ-da internet üzərindən də almaq mümkündür və xəbərə görə, internet satışları da artır. Ammo.com adlı sursat satış şirkəti 23 fevral -  4 mart arasında internet üzərindən etdikləri satışların, bundan əvvəlki 11 günlük dövrə görə yüzdə 68 faiz artdığını söyləyir. Bütün bunlar İtaliyadakı vəziyyətin ciddiliyinin nəzərə alınmasından sonra baş verib.

Buna qarşılıq silahlanma əleyhdarı olan qruplar da qayğılarını dilə gətirməyə başlayıb. Bəzi qruplar uşaqların evdə daha çox zaman keçirəcəyi bu dövrdə, evlərdə kilid altında olmayan çox miqdarda silah olmasının təhlükələrinə diqqət çəkirlər.

Silah lobbisi də qarşı fikirlərini yayır. Milli Silahlanma Dərnəyi silah satışlarındakı artımı alqışlayır, Trampın oğulu Donald Tramp Jr Twitter hesabından "Ehtiyacınız olmaz, taa ki, bir gün ehtiyacınız olana qədər" yazıb.


Müxtəlif qaynaqlardan gələn xəbərlərə görə, silah satışlarındakı sürətli artım həftələr əvvəl başlayıb. Vaşinqton və Kaliforniya kimi yerlərdə Asiya mənşəli Amerika vətəndaşlarının da koronavirusun Asiya və Çin mənşəlilərə istiqamətli irqçilik dalğası yaratmasından narahatlıq keçirərək silahlanmağa başladıqları aydın olur.

Alıcılardan biri virus qorxusuyla insanların hisslərə qapılıb silah aldığını, amma bunun silahlanma iddiası baxımından çox yaxşı bir inkişaf olduğunu söyləyir. "Kəmərləri bağlayırıq" deyə əlavə edir.

Turan