Azərbaycanlı tələbələr İtaliyadan təxliyə edilirlər - FOTO - VİDEO

Azərbaycanlı tələbələr İtaliyadan təxliyə 
İtaliyada oxuyan azərbaycanlı tələbələr Vətənə təxliyə edilirlər.

"Sherg.az" xəbər verir ki, onlar çarter reyslərlə təxliyə olunmalarının təşkil edildiynə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər.

Artıq tələbələrin növbəti qrupu Azərbaycana qayıtmaq üçün İtaliyada hava limanında gözləyirlər.

İtaliyanın müxtəlif şəhərlərində təhsil alan tələbələrimizin hava limanlarına gətirilməsi də Azərbaycan hökuməti tərəfindən təşkil olunub.