Qazaxıstanda fövqəladə vəziyyətlə bağlı vətəndaşlara müavinət ödəniləcək


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirus səbəbindən ölkədə elan edilmiş fövqəladə vəziyyətlə bağlı vətəndaşlara müavinət ödəməyi tapşırıb.

AZƏRTAC xəbər verir ki, ilkin ehtimala görə, 500 min ölkə vətəndaşı COVID-2019 pandemiyası fonunda maliyyə çətinlikləri yaşayır. Ümumilikdə azı 1,5 milyon qazaxıstanlının yardıma ehtiyacı olduğu qeyd edilib.

Həmçinin prezident Qazaxıstanda fövqəladə vəziyyət dövründə borclulara kreditlərin təxirə salınmasını, koronavirusla mübarizəyə cəlb olunmuş həkimlərə və polis işçilərinə bir aylıq əmək haqqı miqdarında mükafat ödəmək üçün göstəriş verib.

Qeyd edək ki, Qazaxıstanda bu günə qədər koronavirusa yoluxan 62 nəfər qeydə alınıb.