65 yaşdan yuxarı tibb işçiləri öz vəzifə borclarını davam etdirəcəklər


65 yaşdan yuxarı tibb işçiləri öz vəzifə borclarını davam etdirəcəklər.

Trend-in məlumatına görə, bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, koronavirusun qarşısının alınması üçün ilk növbədə şəxsi gigiyena qaydalarına, sosial izolyasiya tədbirlərinə əməl edilməlidir: "Hesab edirəm ki, vətəndaşlar bu qərara düzgün əməl edəcəklər. Artıq ölkə daxilində də yoluxma halları müşahidə edilir".