Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 22-nə olan statistik göstəriciləri açıqlayıb.
Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 345 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 426 394 test aparılıb. Aktiv xəstə sayı 5 878 nəfərdir, onlardan 168 nəfər reanimasiyadadır, 35 nəfər isə süni tənəffüs aparatına qoşulub.