Yasamalda bu dəfə polisləri "gül atəşi"nə tutdular - TƏSİRLİ VİDEO

Bu günlərdə Bakı şəhəri, Yasamal rayonunda maraqlı və xoşagələn hadisə yaşanıb.

"Sherg.az" xəbər verir ki, sərt karantin rejimində evdə qalan sakinlər kütləvi şəkildə eyvana çıxaraq "Yaşa mənim xalqım" mahnısını ifa ediblər.


Bu əlamətdar hadisəni yaddan qalan edən nəsnə sakinlərin ərazidə xidmət aparan polis əməkdaşlarına gül atmaları olub. Sözün həqiqi mənasında sakinlər asayiş qoruyucularını gül atəşinə tutublar. Əlbəttə, bütün bunlar ölkədə polisin yüksək nüfuzundan və xalqın öz polisinə olan səmimi sevgindən xəbər verir.