Prezidentin köməkçisi: Xüsusi karantin rejiminin daha iki həftə uzadılması ilə bağlı rəylər var


Xüsusi karantin rejiminin iyulun 5-dən sonra daha iki həftə uzadılması ilə bağlı rəylər var.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda koronavirusla bağlı məsələlər 24 saat ərzində nəzarətdə saxlanılır, zəruri tapşırıqlar verilir və tədbirlər görülür.

H.Hacıyev qeyd edib ki, ev şəraitində müalicə olunan şəxslərə də dəstək göstərilməsi nəzərdən keçirilir.