Baş Prokuror: "Arutunyanla bağlı beynəlxalq qurumlara müraciət olunacaq"


Arayik Arutunyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün beynəlxalq qurumlara müraciət olunacaq.

Bununla bağlı Baş Prokuror Kamran Əliyev bəyanat verib.

Bəyanatda deyilir ki, “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyası rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir: “Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək”.