MN: Ağcabədi, Ağdam və Bərdənin yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutulur, yaralanan var


Yaşayış məntəqələrimiz yenidən atəşə tutulur.

Bu barədə Sherg.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, hazırda düşmən tərəfindən Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutulur, yaralanan var.