Hikmət Hacıyev: Ermənistan tərəfindən Mingəçevirə 4 ədəd TOCHKA-U roketi atılıb


Ermənistan tərəfindən Mingəçevirə 4 ədəd TOCHKA-U roketi atılıb. Yaralananlar var. Ermənistanın dövlət terroru davam edir. Mingəçevirdə eyni zamanda ən böyük su anbarı yerləşir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.