Ermənilərin atdığı top və raket mərmiləri Ağdam və Tərtərin kənd məzarlıqlarını dağıdıb - FOTO


Ermənistan Silahlı Qüvvvələri ağır artilleriyadan atdığı top və raket mərmiləri ilə Ağdamın Əhmədağalı-Çıraqlı, Xındırıstan-Paşabəyli, Tərtərin Qapanlı- Qarağacı kənd məzarlıqlarını dağıdıb. 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənd məzarlıqlarına düşən mərmilər onlarla qəbir daşını sındırıb.