Paytaxtda sorğu - «Yeni il» bayramını keçirəcəksinizmi ? - İlginc cavablar



2020-ci il bütün dünya üçün başağrısı yaradan il oldu. Yeni ilin əvvəllərindən başlayan COVİD-19 pandemiyası səbəbilə insanlar bu ili ötən illərə nisbətən daha gərgin keçirdilər. 
Bizim üçün isə 2020-ci ilin özünəməxsus əhəmiyyəti var. Bu il uzun bizim şanlı zəfər tariximiz yazıldı. Uzun müddətdir ki, düşmən tapdağında olan torpaqlarımız azad edildi. Məhz bu səbəbdən də 2020-ci il yaddaşımıza həkk olunacaq. Olduqca qürurluyuq və özümüzü ilk dəfə bu qədər qüdrətli hiss edirik. 
Son bir neçə ayda əvəzolunmaz hisslər yaşadıq. Lakin İkinci Qarabağ müharibəsində əldə olunan zəfər bizə,xalqımıza asan başa gəlmədi. Vətəni bütöv etmək üçün çox sayda qurbanlar verdik. Bu ili bizim üçün fərqli edən səbəblərdən biri və ən önəmlisi də budur.  
İndi 2021-ci ilə sayılı günlər qalıb. Vətən müharibəsinin qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq insanların bu ili qeyd etmək barədə fikirləri fərqlidir. Bəziləri yeni ili təntənəli  keçirməkdə bir qəbahətin olmadığını iddia edirlər, əksəriyyət isə Vətən müharibəsində rəşadətlə döyüşərək qanları ilə torpağı suvarıb Vətənə çevirən Şəhid və qazilərimizə görə, bayram keçirməyəcəyini bildirir. 
 "Sherg.az" olaraq vətəndaşların həmin məsələ haqqında düşüncələrini öyrənmək «Yeni il" bayramını qeyd edəcəksinizmi ?» sualı ilə  paytaxt Bakıda sorğu keçirdik.



Aytac Ali, Ağarza Elçinoğlu