“Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli bildirib.
“Erməni varvarları zəbt etdikləri Qarabağ torpaqlarını viran qoyub, bütün infrastrukturu məhv edib, evləri, binaları talayaraq yerlə-yeksan edib, xalqımızın tarixi, mədəni və mənəvi irsinə ağır zərbə vurublar. Bu vandallıq hətta 10 noyabr üçtərəfli Bəyanatın qəbul olunmasından sonra da davam edib. Həmin ərazilərdə iqtisadi aktivliyin dayanması ciddi ziyan kimi hesablanmalıdır. Bu baxımdan, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan, sadəcə, onun birbaşa etdiyi dağıntılar ilə məhdudlaşmayacaq. Digər tərəfdən, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bununla da insanların mədəni hüquqlarının təmini tək o ölkələrin daxili qanunvericiliyi ilə deyil, həmçinin beynəlxalq hüquq normaları ilə tənzimlənir”, – deyə o bildirib.