Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub.
Sherg.az bildirir ki, növbəti iclasın martın 10-da keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 7 iclası keçirilib və daxil olan müraciətlərin 750-dən çoxuna baxılıb.
İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.