Nazirlikdən təkzib: “Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb”

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.