Axşam.az xəbər verir ki, Çeşmədə istirahət edən cütlük paparatsilər tərəfindən görüntülənib. Ötən gün İstanbulda media nümayəndələrinə açıqlama verən aktyorun yanğınlarla bağlı "dənizə girsək də içimiz soyumur" sözləri birmənalı qarşlanmayıb.
"Tətildə idik, dənizə girməyimizə baxmayaraq içimiz hələ də soyumayıb. İçimiz yanır... Sinemin də canı sıxıldı. Südü kəsiləcək deyə narahat oldum. Biz oralarda yaşadıq, dostlarımız var. Xəbərləri alırıq, içimiz qan ağlayır" deyə, Kenan açıqlamasında bildirib.
Sosial media istifadəçiləri aktyorun bu açıqlamasını tənqid edərək, "Sanki lağa qoyur", "Açıqlama verməsə, daha yaxşı olardı", "Dəniz də kədərini söndürə bilməyib" şərhləri yazınlar.