Son sutkada Azərbaycanda koronavirusa (COVID-19) 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 478 715 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25 657 nəfərdir.
Ölkədə son sutka ərzində 11 505, hazırkı dövrədək isə 4 802 229 test aparılıb.