Son Qarabağ savaşında əldə olunan zəfərdə Azərbaycan xüsusi təyinatlılarının rolu böyükdür. Onlar Vətən müharibəsində əsl peşəkarlıq, qəhrəmanlıq göstərib, şücaətləri ilə dünyaya səs saldılar. Xüsusilə də Şuşanın azad olunmasında göstərdikləri igidlik hərb tarixinə qızıl hərflərlə yazıldı. Xüsusi təyinatlılarımız ən mürəkkəb şəraitdə, çətin relyefdə hərbi əməliyyatları məharətlə yerinə yetirdilər.
Qarabağ qazisi Kamil Musavi "Sherg.az"a açıqlamasında Xüsusi təyinatlıların fəaliyyətindən, qəhrəmanlıqlarından danışıb:
"Ümumiyyətlə, Azərbaycan xüsusi təyinatlılarını, kəşfiyyat bölmələrini yüksək qiymətləndirirəm. Müharibədə ordumuzun gücünü nümayiş etdirdilər. Xüsusi təyinatlılarımızın səylərini, şücaətlərini ayrıca qeyd etmək lazımdır.
Onlar öz üzərlərinə düşən vəzifədən artığını icra etdilər. Mən bir qazi kimi xüsusi təyinatlılarımızla fəxr edirəm. Hər zaman onlardan böyük uğurlar gözləyirəm.
Düşmən qarşısında əyiləcəklərini düşünmürəm, ağlımdan keçirmirəm. Xüsusi təyinatlılar Azərbaycanın döyünən ürəyi, görən gözü, vuran qollarıdır".
Samirə Ərəblinski