"Qarabağdakı rusiyalı sülhməramlıların komandanı yenidən dəyişəcək".
"Sherg.az" xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, yayılan xəbərlərə görə, Mixail Kosobokovun yerinə Gennadi Vladimiroviç Anaşkin təyin olunacaq:
"Mixail Kosobokovun Rusiya ordusunda daha yüksək vəzifəyə təyin olunacağı bildirilib. Sual olunur. Mixail Kosobokov yüksək vəzifəyə təyin olunacaqdısa onu niyə iki həftəlik Qarabağa göndəriblər? Gennadi Anaşkin 1968-ci ildə Samarada anadan olub. O Almaniya, keçmiş Yuqoslaviya, Bosniya və Hersoqovina, Çeçenistanda xidmət edib. Anaşkinin rəhbəri olduğu silahlı birləşmələr 2008-ci ildə Gürcüstanla müharibədə (Cənubi Osetyada) iştirak edib. Ona bu müharibədə iştirakına görə medal verilib. Maraqlıdır ki, Mixail Kosobokov da Gennadi Anaşkin kimi Gürcüstan ərazisindəki separatçı bölgədə xidmət etmişdi. Nə hikmətdirsə, Moskva məhz separatçı bölgələrdə xidmət edən komandirləri Qarabağdakı rusiyalı hərbçilərə komandan təyin edir".
İsmayıl Qocayev