Yüzlərlə insan ölə bilər
İngiltərənin Ətraf Mühit Agentliyi ölkə miqyasında meydana gələn sellər səbəbiylə yüzlərlə insanın həyatını itirəcəyi xəbərdarlığı edib. Agentliyin hazırladığı hesabata görə, İngiltərə iqlim dəyişikliyinə hazır deyil. Təcili hazırlıqlara başlanmazsa gec-tez fəlakətlər yaşanacaq. “Şərq” BBC Türkcə-də yer alan xəbərə istinadən bildirir ki, İngiltərə Ətraf Mühit Agentliyinin başqanı Emma Hovard Boyd “ya şərtlərə adaptasiya olmalıyıq, ya da öləcəyik” söyləyib. Hesabatda hökumət və şirkətlərdən sel, quraqlıq və dəniz səviyyəsinin yüksəlməsi kimi təhdidlərə qarşı hərəkətə keçmək, qlobal istiləşmədən qorunmaq üçün önləm alınması tələb olunur. Qeyd edilir ki, hazırkı şərtlər altında 2100-cü ildə İngiltərədə havanın temparaturu 3 dərəcə artıq olacaq. Bu isə təbiət və insanlar üçün dəhşətli çöküş deməkdir. Hətta istiliyin 2 dərəcə artması belə dağıdıcı ola bilər. Agentlik 2050-ci mil üçün gözlənilən fəlakətləri belə sıralayıb:
Londonda dəniz səviyyəsindən 23 santimetr yüksəlmə. Qış yağışlarında 6 artım, yaz yağışlarında 15 faiz azalma. Çaylarda sululuq yaz aylarında 82 faiz azalma. Hazırda gündəlik su tələbatı 15 milyard litr olduğu halda, daha 3.4 milyon litr su ehtiyacının yaranması. Emma Hovard Boyd “düzgün addımlar atsaq, iqlim krizisi ilə baş edə bilərik. Amma bunun üçün vaxtımız getdikcə daralır. Bu il Almaniyada yaz aylarında 200 nəfər tələf oldu. Bizdə də gec-tez eyni vəziyyət olacaq. Gözlənən fəlakətdən xilas olmağın yolu ölkəmizi iqlim dəyişikliyinə qarşı dayanıqlı etməkdir”, söyləyib.