Əhməd Cavadın barelyefinin açılışı oldu - FOTO


Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın barelyefinin açılışı olub.

Oxu.Az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yerləşən evin üzərindəki barelyefin açılış mərasimində şairin nəticəsi Cavad Axundzadə, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər dahi şairin həyat yolundan, Azərbaycan ədəbiyyatına verdiyi mühüm tövsiyəsindən danışıblar.

Qeyd edək ki, şairin yaşadığı binaya vurulan xatirə lövhəsi 2017-ci ildə təmir zamanı götürülüb və yerinə qoyulmayıb.