Bakının bir sıra binaları Azərbaycan bayrağı ilə işıqlandırılıb

Zəfər Günü münasibətilə Bakıda bir sıra binalar Azərbaycan bayrağı ilə işıqlandırılıb.
"Report"un məlumatına görə, Zəfər Günündə paytaxt Bakı, eləcə də ölkəmizin şəhər və rayonları Azərbaycan bayrağı və banerlərlə bəzədilib.
Bakının müasir rəmzinə çevrilən Alov qüllələri, Bakı Kristal Zalı və paytaxtdakı bir sıra binalar Azərbaycan bayrağı ilə işıqlandırılıb.