BMT-nin nümayəndəliyi Azərbaycanı Bayraq Günü münasibətilə təbrik edib

BMT-nin nümayəndəliyi rəsmi feysbuk səhifəsində Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, təbrikdə deyilir.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edir. Dayanıqlı inkişaf, firavanlıq və əmin-amanlıq arzulayırıq!”.