Türkiyənin Rusiyadakı səfiri: “Biz Azərbaycanın qələbə sevincini bölüşürük”

“Prezident İlham Əliyevin və Azərbaycan xalqının səyləri nəticəsində 30 il işğal altında qalmış Qarabağ geri qaytarıldı. Bu, Türkiyə xalqı üçün çox əhəmiyyətli hadisədir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar Moskvada Azərbaycanın İkinci Qarabağ müharibəsində qazanılan Zəfərinə həsr olunmuş tədbirdə bildirib.

“Heydər Əliyev deyirdi ki, “Türkiyə və Azərbaycan bir millət – iki dövlətdir”. Biz Qarabağ müharibəsindən əvvəl də Azərbaycana tam dəstək verdik. Mustafa Kamal Atatürk deyirdi ki, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Qarabağın 30 illik işğalı Türkiyə xalqının kədəri idi. Bu gün Türkiyə Azərbaycanın zəfərinin sevincini bölüşür. Azərbaycan Prezidenti İlham Əliyevi qələbə münasibətilə təbrik edir, şəhid ailələlərinə dərin hüznlə baş sağlığı verirəm”, - Mehmet Samsar deyib.