Kobaxidze: "Hamı gördü ki, Saakaşvilinin fiziki vəziyyəti kifayət qədər yaxşıdır"

"Dünən hamı gördü ki, Mixeil Saakaşvilinin fiziki vəziyyəti kifayət qədər yaxşıdır, buna səbəb onun yemək yeməsidir".

Sherg.az  "24News.ge"-ə istinadən xəbər verir ki, bu sözləri "Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze deyib.

Kobaxidze deyib ki, Saakaşvilinin aclıq aksiyası saxtadır:

“Hər kəs onun nə qədər saxta olduğu barədə məlumat aldı. İctimaiyyət bunun sübutunu videoda da gördü. Mixeil Saakaşvilinin nəinki aclıq aksiyası onun özü belə saxtadır", - deyə Kobaxidze bildirib.

Xatırladaq ki, ötən gün eks prezident Mixeil Saakaşvili, aclıq aksiyasının 39-cu günündə Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsindən Qldanidəki 18-ci cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürülüb. Daha sonra Penitensiar Xidmət Mixeil Saakaşvilinin Rustavi həbsxanasında hərəkətini əks etdirən kadrlar yayıb.