Prezidentin köməkçisi jurnalistlərə müraciət edib

“Ermənistan mediasında kifayət qədər fayknyus xarakterli məlumatlar yayılır”.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O, Azərbaycanın media nümayəndələrinə müraciət edib: “Ermənistan mediasına istinadları minimuma endirək. Çünki kifayət qədər saxta, yalan məlumatlar yayılır. Bu, Ermənistanın daxilndə gedən proseslərlə bağlıdır. Ermənistanda daxili istehlak naminə olan məlumatlar ortaya atılmaqdadır”.